M Ü Q A V İ L Ə
Hazırkı Müqavilə (Bundan sonra sadədə “Müqavilə”) fundament.az saytının inzibatçısı ilə onun istifadəçiləri və / və ya ziyarətçiləri arasında online olaraq bağlanılır, fundament.az saytı ilə onun istifadəçiləri və / və ya ziyarətçiləri arasında münasibətləri tənzimləyir.
A N L A Y I Ş L A R:
- Sayt –az saytı nəzərdə tutulur
- Saytın inzibatçısı – az saytının inzibatçısı nəzərdə tutulur.
- İstifadəçi – Saytda məlumatlar yerləşdirərək elan verən, o cümlədən qeydiyyatdan keçən və bu müqavilənin şərtlərini qeyd-şərtsiz qəbul edən, fundament.az saytından hər hansı formada istifadə edən fiziki və hüquqi şəxslərdir, o cümlədən müxtəlif proqram təminatları və botlardır.
- Ziyarətçi – sayta və onun bölmələrinə daxil olub oradakı məlumatları oxuyan istənilən şəxs və proqram təminatı, o cümlədən botlar nəzərdə tutulur.
- Sifariş – platforma üzərindən xidmətlərin göstərilməsi məqsədilə İstifadəçinin istənilən sifarişidir.
Ş Ə R T L Ə R V Ə Q A Y D A L A R
- Hazırkı istifadəçi Müqaviləsi (“Müqavilə”) saytın istifadəçisi və/və ya ziyarətçisi ilə saytın inzibatçı arasında arasında razılaşdırılan və Onlayn Xidmətlərdən istifadə etməyə imkan verən Müqavilədir.
- İstifadəçi və/və ya ziyarətçi Onlayn Xidmətdən istifadə edərkən hüquqi vəziyyətindən, statusundan və mülki fəaliyyət qabiliyyətindən asılı olmayaraq burada göstərilən qaydalara tabedir və məhdudiyyətlərə əməl etməyi öhdəsinə götürür.
- İstifadəçi saytdan istifadə edərkən bu Müqavilənin şərtlərini tam dəqiqliklə oxuduğunu və anladığını təsdiq
- İstifadəçi fundament.az saytına tələb olunan lazımi məlumatları daxil etməklə ondan istifadə etmək hüququnu əldə edir.
- İstifadəçi Saytda qeydiyyatdan keçərkən, məlumat yerləşdirərkən və hər hansı üsulla istifadə edərkən hazırkı Müqavilənin şərtlərinə qeyd şərtsiz əməl etməyə razılıq
- Ziyarətçi saytdan hər hansı üsulla istifadə edərkən hazırkı Müqavilənin şərtlərinə qeyd şərtsiz əməl etməyə razılıq
- Saytın İnzibatçısı İstifadəçiləri və/və ya ziyarətçiləri əvvəlcədən xəbərdar etmədən birtərəfli qaydada hazırkı Müqaviləyə əlavələr və/və ya dəyişikliklər edə bilər. İstifadəçi və ya ziyarətçi fundament.az saytından istifadə etməklə İstifadəçidən və ya ziyarətçidən hər hansı xüsusi təsdiq almadan bu Müqaviləyə birtərəfli qaydada əlavə və/və ya dəyişiklik edilməsinə razılıq vermiş olur.
- Hər bir İstifadəçi özü barədə yerləşdirdiyi məlumatlara və elanın mətninə görə özü məsuliyyət daşıyır.
- İstifadəçı almaq istədiyi mülk barədə elan verərkən özü və almaq niyyətində olduğu (və ya təmsil etdiyi şəxsin almaq niyyətində olduğu) əmlak haqqında məlumatları sayta yerləşdirir. Saytın inzibatçısı İstifadəçilərin kimliyi, onların məlumatlarının doğruluğu, yerləşdirdiyi elandakı məlumatın dəqiqliyi, düzgünlüyü və etibarlılığı ilə bağlı heç bir zəmanət vermir
- Qeydiyyat zamanı İstifadəçi tərəfindən qeyri-dəqiq, həqiqətə uyğun olmayan məlumat təqdim etdikdə, hər hansı səbəbdən və ya heç bir səbəb olmadan, İnzibatçı əvvəlcədən İstifadəçini xəbərdarlıq etmədən və ya İstifadəçinin razılığını almadan onun hesabını, əvvəllər dərc edilən elanları ləğv etmək hüququna malikdir, o cümlədən gələcəkdə şübhəli elanların dərc edilməsini (qeydiyyatını) dayandırmaq və ya ləğv etmək hüququna malikdir.
- Saytdan istifadə üçün İstifadəçi öz şifrələrinin və digər məxfi məlumatlarının etibarlı saxlanmasını özü təmin etməlidir. İstifadəçinin hər hansı şəxsi məlumatlarının (kod, rəqəmlər, login və şifrə) itirilməsinə özü məsuliyyət daşıyır.
- İstifadəçi müvafiq məlumatları yükləyərkən qəbul edir və razılaşır ki, həmin məlumatlar onun və/və ya üçüncü şəxslərin şəxsi məlumatlarını özündə əks etdirə bilər. Bununla da saytdan istifadə edən şəxs saytda yerləşdirilən elanların tərkibində olan şəxsi məlumatlarının ümumi istifadəyə verilməsinə və saytın digər istifadəçiləri üçün əlçatan olmasına razılıq verir, bu hala görə də özü məsuliyyət daşıyır.
- Saytdan istifadə zamanı İstifadəçi Azərbaycan Respublikasının qüvvədə olan qanunlarına riayət etməyi öz öhdəsinə götürür. İstifadəçi razılaşır ki, bu bəndin pozulması ilə əlaqədar yarana biləcək bütün mümkün hüquqi risklərə və onun nəticələrinə görə məsuliyyət daşıyır.
- Saytın İnzibatçısı saytın İstifadəçilərin və ziyarətçilərin gözləntilərinə uyğun gəlməməsi və/və ya fasiləsiz, etibarlı və səhvsiz giriş təmin edilməməsi hallarına görə İstifadəçi qarşısında heç bir məsuliyyət daşımır. Saytın İnzibatçısı onun səlahiyyətində olmayan hallara görə məsuliyyət daşımır.
- İstifadəçilər özlərini dələduzlardan qorumağa borcludurlar. Fundament.az saytından tapdığınız şəxslər tərəfindən dələduzluq hallarına məruz qaldığınız halda buna görə saytın inzibatçısı məsuliyyət daşımır.
- Hazırkı Müqavilə Azərbaycan Respublikasının qanunlarına əsasən tənzimlənir və təfsir edilir. Bu Müqavilədə tənzimlənməyən məsələlər və mübahisəli hallar Azərbaycan Respublikasının qüvvədə olan qanunlarına uyğun olaraq həll
Son düzəliş tarixi: 22 aprel 2025-ci